Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

09:19 - 21 / 07 / 2023
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyul 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

DİM-dən 1news.az-a verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).

İmtahana qeydiyyat 2023-cü il iyunun 25-dən 20 iyul saat 11:00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər