Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimizin növbəti uğuru | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimizin növbəti uğuru

1news Redaksiyası12:20 - 21 / 07 / 2023
Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimizin növbəti uğuru

15-21 iyul tarixlərində İsveçin Lund şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2023) məktəblilərimiz növbəti uğur qazanıblar.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, 52 ölkədən 189 şagirdin qatıldığı beynəlxalq müsabiqədə Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva isə gümüş medal əldə ediblər.
​
Sözügedən olimpiadanın keçirilməsində məqsəd informatika fənni və kompüter elmlərinə qızların marağının artırılması, həmçinin onların informasiya texnologiyaları sahəsinə cəlb olunmaqla mütəxəssis kimi yetişdirilməsidir.
​
Qeyd edək ki, 2017-ci ildən müxtəlifmiqyaslı beynəlxalq informatika olimpiadalarında iştirak edən məktəblilərimiz 3 qızıl, 14 gümüş və 36 bürünc olmaqla ümumilikdə 53 medal əldə ediblər.

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər