Bakıda noutbuk oğurlayan şəxs saxlanılıb

Bakının Nizami rayonunda oğurluq olub.
DİN-dən 1news.az-a verilən xəbərə görə, Nizami RPİ 24-cü və 25-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də T.Abbasov küçəsindəki bir ofisdən noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fuad Bağırov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisindəki bir klinikadan noutbuk, bir köşkdən isə 1120 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.
157