Təhsil sahəsində dövlətin vəzifələri artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil sahəsində dövlətin vəzifələri artırılıb

Qafar Ağayev15:14 - 24 / 07 / 2023
Təhsil sahəsində dövlətin vəzifələri artırılıb

Təhsil sahəsində dövlətin vəzifələri artırılıb.

1news.az xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, təhsil sahəsində dövlətin vəzifələri sırasına aşağıdakılar daxil edilib:

- peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

- yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

- təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

- ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;

- ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili, qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;

- təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;

- dövlət məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;

- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq.

Paylaş:
344

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər