Siyəzəndə dənizdə batan daha bir yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə dənizdə batan daha bir yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

17:41 - 24 / 07 / 2023
Siyəzəndə dənizdə batan daha bir yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan ikinci yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.

Bu barədə 1news.az-a Nazirlikdən məlumat verilib.

Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 2008-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir.

16:53

Ötən gün Siyəzən rayonunun Zarat kəndində dənizdə batan yeniyetmələrdən daha birinin meyiti tapılıb.

1news.az xəbər verir ki, 16 yaşlı kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl Bakı sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti dənizdən çıxarılıb. Hazırda üçüncü yeniyetmə - Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər