Bərdədə bir nəfər kanalda batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə bir nəfər kanalda batıb

17:50 - 24 / 07 / 2023
Bərdədə bir nəfər kanalda batıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər