Zaqatalada itkin düşən turistlər tapılaraq xilas edilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada itkin düşən turistlər tapılaraq xilas edilib - YENİLƏNİB 1

09:33 - 25 / 07 / 2023
Zaqatalada itkin düşən turistlər tapılaraq xilas edilib - YENİLƏNİB 1

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistləri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

24.07.2023

17:33

Zaqatalada itkin düşən yerli turistlərin yeri müəyyənləşib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

08:55

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

Paylaş:
1038

Son xəbərlər

Bütün xəbərlər