FHN: Ötən sutka 88 yanğına çıxış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka 88 yanğına çıxış olub

11:01 - 24 / 07 / 2023
FHN: Ötən sutka 88 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 88 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 15 nəfər, o cümlədən Quba rayonu, Zərdabi qəsəbəsində “ВАЗ” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər