Bakıda məktəbi bitirən 24 məzun qızıl və gümüş nişana layiq görülüb - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbi bitirən 24 məzun qızıl və gümüş nişana layiq görülüb - SİYAHI

11:14 - 24 / 07 / 2023
Bakıda məktəbi bitirən 24 məzun qızıl və gümüş nişana layiq görülüb - SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

Bu barədə 1news.az-a idarədən məlumat verilib.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 85, 156, 182, 183 (2 nəfər), 229, 232, 240, 247, 272, 279, 316 nömrəli tam orta məktəblərin, 83 nömrəli məktəb-lisey, 220 nömrəli məktəb-lisey (4 nəfər), 291 nömrəli Ekologiya liseyinin şagirdləri qızıl, 17, 55, 76, 257, 275, Texniki-humanitar liseyin şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər