“Azərişıq” rəsmisi: 2023-cü ilin 6 ayında müxtəlif gücdə 362 komplekt transformator məntəqəsi quraşdırılıb
“2023-cü ilin 6 ayında müxtəlif gücdə 362 komplekt transformator məntəqəsi quraşdırılıb”.
1news.az xəbər verir ki, bunu Hadrutda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbirində “Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov deyib.
O bildirib ki, 66,2 km 35 kV-luq, 147 km 10 kV-luq, 93,3 km 0,4 kV-luq yeni yeraltı kabel xətləri xətləri quraşdırılıb.
Eyni zamanda 57,3 km 35 kV-luq; 356,2 km 10 kV-luq; 20,3 km 35 kV-luq; 1125,7 km 0,4 kV-luq ÖİN hava xətləri çəkilib.
Yarımstansiyalarda olan avadanlıqların texniki vəziyyəti yoxlanılmış və aşkar edilmiş nasazlıqların
aradan qaldırılması üçün 61 ədəd 110 kV-luq, 282 ədəd 35 kV-luq, 1005 ədəd 10 və 6 kV-luq elektrik avadanlıqlarının təmir, bərpa və sınaq işləri aparılıb;
O cümlədən, 46,4 km 110 kV-luq, 299,5 km 35 kV-luq, 960 km 10 və 6 kV-luq, 5000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində; 552 ədəd 10 və 6 kV-luq, 26 ədəd 35 kV-luq, 12 ədəd 110 kV-luq güc transformatorlarında təmir, bərpa və sınaq işləri aparılmışdır” - deyə, o, bildirib.