Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

10:41 - 25 / 07 / 2023
Sabirabadda qoyun oğurlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla onlardan birinin həmin kəndin sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri - Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər