“Azərpoçt”: “Əməkhaqqının artımı xərclərin artımına səbəb olub” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt”: “Əməkhaqqının artımı xərclərin artımına səbəb olub”

Aynurə Xudaverdiyeva11:04 - 25 / 07 / 2023
“Azərpoçt”: “Əməkhaqqının artımı xərclərin artımına səbəb olub”

““Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib”.

1news.az xəbər verir ki, bu sözləri brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

“2023-cü il üzrə illik gəlir ilin ilk 6 ayı üzrə 33 mln manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur. Cari ilin ilk 6 ayında xalis mənfəət 2,3 milyon manat, EBİTDA isə 4,2 milyon manat olub. Həmin dövrdə qurumun xərcləri 31 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur. Xərc artımının 55%-i əməkhaqqı xərclərinin payına düşür”.

Ə.Cəlilov əməkhaqqı xərcləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artdığını da vurğulayıb.

“Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı, yəni 300 manatdan 350 manata xərclərin artımına səbəb olub.

“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub”,-deyə Ə.Cəliov bildirib.

Paylaş:
218

Son xəbərlər

Bütün xəbərlər