Tullantıları ətrafa atanlar cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tullantıları ətrafa atanlar cərimələnib

11:17 - 25 / 07 / 2023
Tullantıları ətrafa atanlar cərimələnib

Abşeron rayonu, Atyalı qəsəbəsində, Ağsu rayonu, "Kamran" kafesinin ərazisində, İsmayıllı rayonu, Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanının yaxınlığında və İmişli rayonu, Bəhramtəpə qəsəbəsindəki “Dostlar” marketində formalaşan tullantıların ətrafa atılaraq qalaqlandığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib. "Kamran" kafesinin sahibi İmran Eyyubov, qəssab dükanının sahibi Ravil Hümbətov və “Dostlar” mağazasının sahibi Vidadi Hüseynov barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə obyektlərin sahiblərinə və Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər