Ana həbsdəki oğluna blinçikin içində heroin aparıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ana həbsdəki oğluna blinçikin içində heroin aparıb

Qafar Ağayev16:02 - 26 / 07 / 2023
Ana həbsdəki oğluna blinçikin içində heroin aparıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər