Bakı-Ələt yolunda magistral su kəmərində baş verən qəza aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Ələt yolunda magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

Qafar Ağayev17:47 - 26 / 07 / 2023
Bakı-Ələt yolunda magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb, abonentlərin su təchizatında heç bir problem yoxdur.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Xatırladaq ki, bu gün sözügedən ərazidən keçən magistral kəmərdə qəza baş verib. Belə ki, kəmərin bir hissəsində az miqdarda su təzyiqin gücündən havaya püskürüb.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər