Rasim Balayevlə Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilatlar birləşdi
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.
Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib.
İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
611