Qohumu məhkuma narkotik ötürməyə cəhd edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qohumu məhkuma narkotik ötürməyə cəhd edib - FOTO

15:40 - 27 / 07 / 2023
Qohumu məhkuma narkotik ötürməyə cəhd edib - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətdən 1news.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 93.1.2-ci maddələri ilə məhkum edilmiş Asif Səfərqulu oğlu Məmmədova əmisi oğlu Azər Ağamməd oğlu Məmmədovun gətirdiyi sovqatda tənzifə hopdurularaq tərlikdə gizlədilmiş 1,931 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
283

Son xəbərlər

Bütün xəbərlər