“ASAN xidmət”in nümayəndə heyətinin Uqandaya səfəri davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”in nümayəndə heyətinin Uqandaya səfəri davam edir

Qafar Ağayev17:18 - 27 / 07 / 2023
“ASAN xidmət”in nümayəndə heyətinin Uqandaya səfəri davam edir

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Uqanda Respublikasına səfəri davam edir.

1news.az xəbər verir ki, səfər çərçivəsində Uqandanın Xarici İşlər Nazirliyinin, Dövlət Xidmətləri Nazirliyinin, İnformasiya Kommunikasiya Texnogiyaları Nazirliyinin rəhbərləri ilə görüşlər keçirilib. Müzakirələr zamanı ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Uqanda tərəfi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrikini çatdırıb. Həmçinin 2018-ci ildə Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.

​Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev öz növbəsində ölkəmizdən sonra Qoşulmama Hərəkatına sədrliyi təhvil alacaq Uqanda Respublikasına uğurlar arzulayıb. Dövlət Agentliyinin sədri iki ölkə arasında dövlət xidmətləri sahəsində münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini qeyd edib.

​Görüşlərdə ölkəmizdə dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tətbiq olunan innovasiyalar, startap ekosisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib. Ölkəmizdə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində tətbiq edilən proqramların, informasiya texnologiyaları məhsullarının Uqandada da tətbiqi ilə bağlı razılıq əldə olunub.

​Nümayəndə heyəti Uqandanın İnvestisiya Qurumunda və Qeydiyyat Xidməti Mərkəzində həyata keçirilən xidmətlərlə də tanış olub.

Paylaş:
284

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər