Bakı və Gəncədə iki yeniyetmə itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Gəncədə iki yeniyetmə itkin düşüb

09:09 - 27 / 07 / 2023
Bakı və Gəncədə iki yeniyetmə itkin düşüb

Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb.

1news.az Report-a istinadla xəbər verir ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Digər hadisə isə Sabunçuda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Mustafayeva Atlas Malik qızı iyulun 26-da saat 17:20 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər