Zəngilanda hərbi sursatlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanda hərbi sursatlar aşkarlanıb

Qafar Ağayev09:16 - 27 / 07 / 2023
Zəngilanda hərbi sursatlar aşkarlanıb

Zəngilanda hərbi sursatlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər