Qanvermə aksiyası ilə bağlı saat 12:00 qədər olan statistika açıqlanıb

Qanvermə aksiyası ilə bağlı saat 12:00 qədər olan statistika açıqlanıb.
1news.az xəbər verir ki, Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar könüllü qanvermə aksiyası davam etdirir.
Saat 12:00 kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 vahid qan yığılıb. Onlardan Bakı üzrə 630, regionlarda da isə 255 vahid.
401