DİN: Azyaşlıların köməksiz qalması barədə görüntülər nəzarətə götürülüb
Sosial şəbəkələrdə azyaşlı uşaqların evdə tək və köməksiz qalması barədə yayılmış görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
1news.az xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin həmin ünvan müəyyən edilib və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə ailəyə baxış keçirilib və onlar İcra Hakimiyyəti orqanına dəvət olunublar. Bundan sonra ailənin yaşam şəraitinə qiymət verilərək yaxşılaşdırılması üçün müvafiq qərar qəbul olunacaq.
161