Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı

09:00 - 28 / 07 / 2023
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər