Pərviz Sədrəddinova Səfərbərlik Xidmətində vəzifə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Pərviz Sədrəddinova Səfərbərlik Xidmətində vəzifə verildi

Qafar Ağayev12:49 - 28 / 07 / 2023
Pərviz Sədrəddinova Səfərbərlik Xidmətində vəzifə verildi

Pərviz Sədrəddinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi təyin edilib.

1news.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

P.Sədrəddinov qeyd edib: Dostlar bu gündən fəaliyyətimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsində davam etdirəcəyəm. Hərbi təməl islahatlarının başlandığı və uğurla davam etdiyi bir dövrdə bu vəzifəyə təyinatım məsuliyyəti birə-beş artırır. Çalışacam Dövlət Xidmətinin rəhbərliyinin mənə göstərdiyi bu etimadı doğruldum. Hörmətli media nümayəndələri! Dövlət Xidməti ilə bağlı hər hansı bir sorğunuz olarsa mənə yönəldə bilərsiniz. Əvvəlki illərdə olduğu kimi yenə sizlərin dəstəyinə ümidvaram. Axı bu artıq hər hansı bir kommersiya qurumunun inkişafı demək deyil, qalib dövlətin təməli olan ordu quruculuğuna verilən dəstəkdir. Əminəm ki, bu strateji məsələdə birlikdə uğurlara imza atacağıq".

P. Sədrəddinov bundan əvvəl "Kapital Bank"ın mətbuat katibi idi.

Onu da qeyd edək ki, bu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Mürsəl İbrahimov da əvvəl "Kapital Bank"da çalışıb. O, dövlət xidmətinə rəis təyin edilənədək sözgüedən bankın Təhlükəsizlik Departamentinin direktoru olub.

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər