Füzulidə silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə silah-sursat aşkarlanıb

10:09 - 29 / 07 / 2023
Füzulidə silah-sursat aşkarlanıb

Füzuli rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər