Növbəti iki gündə geomaqnit qasırğası gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti iki gündə geomaqnit qasırğası gözlənilir

14:39 - 31 / 07 / 2023
Növbəti iki gündə geomaqnit qasırğası gözlənilir

Avqustun 1-2-də G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

1news.az xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd olunub ki, geomaqnit sahəsinin Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində qeyri-sabit olacağı, iyulun 28-də baş verən atılmalarının təsiri nəticəsində isə 1-2 avqustda G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.

Paylaş:
214

Son xəbərlər

Bütün xəbərlər