FHN: Ötən sutka 54 yanğına çıxış olub, 10 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka 54 yanğına çıxış olub, 10 nəfər xilas edilib

11:49 - 31 / 07 / 2023
FHN: Ötən sutka 54 yanğına çıxış olub, 10 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər