Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb

15:04 - 02 / 08 / 2023
Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb

Avqustun 1-də, saat 08 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan 1news.az-a verilən xəbərə görə, Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:
902

Son xəbərlər

Bütün xəbərlər