Prokurorluq: Qaxda itkin düşmüş kişinin meyitinin aşkarlanması ilə bağlı araşdırma aparılır

İyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
835