Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb

13:07 - 03 / 08 / 2023
Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb

Bakıda evdən 17 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7500 manat pul və 17.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər