Kolleclərə qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb

15:16 - 05 / 08 / 2023
Kolleclərə qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb.

1news.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 15:00-dək ümumilikdə 13 180 nəfər ixtisas seçimində iştirak edib.

Onlardan 12871 nəfəri Azərbaycan, 309 nəfəri isə rus bölməsi üzrə təhsil almış şəxslərdir.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-də başlayıb və avqustun 7-si saat 23:59-dək davam edəcək.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər