Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb

11:35 - 09 / 08 / 2023
Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb

Bakıda evdən 8500 manat, 11000 dollar və 13000 manatlıq qızıl oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8500 manat, 11000 dollar pul və 13000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər