Azərbaycanda isti hava şəraiti nə vaxta qədər davam edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda isti hava şəraiti nə vaxta qədər davam edəcək?

12:37 - 09 / 08 / 2023
Azərbaycanda isti hava şəraiti nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir:

"Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası və aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq".

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər