ADY: Hava şəraiti ilə əlaqədar istehsalat sahələrində iş növbələrlə icra olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY: Hava şəraiti ilə əlaqədar istehsalat sahələrində iş növbələrlə icra olunur

13:55 - 10 / 08 / 2023
ADY: Hava şəraiti ilə əlaqədar istehsalat sahələrində iş növbələrlə icra olunur

Azərbaycan Dəmir Yollarında (ADY) isti hava şəraiti ilə əlaqədar əməliyyatları dayandırmağın qeyri-mümkün olduğu səbəbindən istehsalat sahələrində iş növbələrlə icra olunur.

Bu barədə 1news.az ADY-nin məlumatına istinadən xəbər verir.

Bildirilir ki, ADY isti hava şəraitində də əməliyyatların dayanıqlı olması məqsədilə əməkdaşlarının sağlamlığı və təhlükəsizliyini təmin edir: “11:00-17:00 arasında günəş şüalarının birbaşa təsiri altında uzun müddət qalmağın riskli olduğunu nəzərə alaraq işçilərə istirahət üçün imkan yaradılır, içməli sularla davamlı təchiz edilirlər”.

Xatırladaq ki, ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir.

Paylaş:
313

Son xəbərlər

Biləsuvarda işıq olmayacaq

27 / 12 / 2025, 10:44
Bütün xəbərlər