FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış olub

12:05 - 11 / 08 / 2023
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən 1news.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində bir nəfəri xilas edib, yanğın zamanı üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər