Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib

11:55 - 11 / 08 / 2023
Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib

“Abituriyentlər hansı ixtisasda özlərini mütəxəssis kimi görmək istəyirsə, o istiqamətdə ixtisas seçməlidirlər”.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar:

“Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər