Təmir sexindən 6 min manatlıq mühərrik oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təmir sexindən 6 min manatlıq mühərrik oğurlanıb

16:44 - 12 / 08 / 2023
Təmir sexindən 6 min manatlıq mühərrik oğurlanıb

Abşeron rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən oğurluq edilib.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, Abşeron rayon Polis İdrarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 24-də avtomobil təmiri sexlərinin birindən generatorun 6000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər