Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb

10:49 - 12 / 08 / 2023
Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb

Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər