“YAŞAT” Fondu şəhid övladları üçün Avropada ilk dəfə yay məktəbi təşkil edib
“ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “NEQSOL Holding”in və Bakcellin dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində yay məktəbi başlayıb.
1news.az xəbər verir ki, 13 avqust tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçılarının yolasalınması təşkil olunub.
“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etməkdir.
13-26 avqust tarixini əhatə edən yay məktəbi Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində keçirilir.
Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzeylər gəzintisində, Lüksemburq səyahətində iştirak edəcəklər.
Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfəri əhatə edir.