Tibb vasitələrinin risk dərəcəsinə görə siyahısı hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb vasitələrinin risk dərəcəsinə görə siyahısı hazırlanacaq

15:12 - 15 / 08 / 2023
Tibb vasitələrinin risk dərəcəsinə görə siyahısı hazırlanacaq

Risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin siyahısı hazırlanacaq.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin siyahısını və tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər