Azərbaycan XİN Dağıstana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Dağıstana başsağlığı verib

Qafar Ağayev10:55 - 15 / 08 / 2023
Azərbaycan XİN Dağıstana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib.

"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd edilib.

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər