Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib

14:30 - 16 / 08 / 2023
Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib

Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər