“YAŞAT” Fondunun şəhid övladları üçün Almaniyada təşkil etdiyi yay məktəbi davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAŞAT” Fondunun şəhid övladları üçün Almaniyada təşkil etdiyi yay məktəbi davam edir - FOTO

Qafar Ağayev15:40 - 16 / 08 / 2023
“YAŞAT” Fondunun şəhid övladları üçün Almaniyada təşkil etdiyi yay məktəbi davam edir - FOTO

“ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, NEQSOL Holding-in və “Bakcell”in dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində keçirilən yay məktəbi davam edir.

1news.az xəbər verir ki, Düşərgənin 2-ci və 3-cü günləri iştirakçılar Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində proqrama uyğun olaraq 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.

Gün uşaqların şəhərin ən böyük əyləncə mərkəzində keçən rəngarəng anları ilə yekunlaşıb.

Növbəti gün proqrama uyğun olaraq keçirilən dərs saatları ilə başlayıb, daha sonra uşaqlar üçün şəhərə ekskursiya ilə davam edib. Gənclər Stadel İncəsənət İnstitutunu ziyarət ediblər.

9-cu sinif buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfər şəhid övladının yay məktəbində iştirakı NEQSOL Holding və “YAŞAT” Fondu arasında bu il imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

Media dəstəyi: ASAN Radio

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün mütəmadi olaraq bu cür layihələr reallaşdırılır. Məqsəd onlarının dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Paylaş:
823

Son xəbərlər

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılırBu gün, 11:39Məhkəmə-Hüquq Şurasının iclası keçirilibBu gün, 11:15Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişirBu gün, 11:07SİMA-da hər gün 40000 nəfər uğurla qeydiyyatdan keçirBu gün, 11:04Növbəti iki gündə geomaqnit qasırğası olacaqBu gün, 10:48Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 10:39Kamala Harris və Donald Tramp ilk dəfə debatda qarşılaşdılarBu gün, 10:23Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirici videoçarxlar hazırlanıbBu gün, 10:01İsmayıllı meşəsində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:51AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:22Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qəza olub, sıxlıq yaranıbBu gün, 09:11Laçın şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:09Xocavənddə yanğın baş verib, əraziyə helikopterlər cəlb olunub - VİDEOBu gün, 09:03NİİM Bakının tıxac olan küçələrini açıqladıBu gün, 09:02Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12
Bütün xəbərlər