ATƏT nümayəndəsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olacaq
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Ermənistan-Azərbaycan şərti sərhədinə göndərir.
1news.az xəbər verir ki, bu barədə B.Osmani “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, belə bir qərarı ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib.
“Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT buna töhfə verməyə hazırdır”, - B.Osmani vurğulayıb.
438