Telefonlara gələn zəlzələ bildirişləri ilə bağlı rəsmi rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Telefonlara gələn zəlzələ bildirişləri ilə bağlı rəsmi rəsmi açıqlama

Qafar Ağayev09:22 - 16 / 08 / 2023
Telefonlara gələn zəlzələ bildirişləri ilə bağlı rəsmi rəsmi açıqlama

“Vətəndaşların telefonlarına zəlzələ ilə bağlı gələn məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

O qeyd edib ki, zəlzələ Türkmənistan ərazisində baş verib.

Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Türkmənbaşı şəhərindən 52 kilometr şimalda, Bakı şəhərindən 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.

Paylaş:
676

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər