Şuşa istiqamətində qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırma cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa istiqamətində qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırma cəhdinin qarşısı alınıb

Qafar Ağayev22:55 - 16 / 08 / 2023
Şuşa istiqamətində qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırma cəhdinin qarşısı alınıb

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Paylaş:
410

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər