ASCO: Salatın Əsgərovanın oğlunun ASCO-nu məhkəməyə verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir
Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir.
1news.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumatda qeyd olunub.
"Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz" - deyə, ASCO-dan bildirilib
485