30 il sonra azad edilmiş Talış kəndində körpə dünyaya gəlib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

30 il sonra azad edilmiş Talış kəndində körpə dünyaya gəlib - FOTO

Qafar Ağayev12:36 - 17 / 08 / 2023
30 il sonra azad edilmiş Talış kəndində körpə dünyaya gəlib - FOTO

Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib.

1news.az xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib.

Qeyd olunub ki, Camalovlar ailəsində doğulan uşağa Zəhra adı verilib. İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub.

Qeyd edək ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb. Kənddə hazırda 20 ailə yaşayır.

Paylaş:
352

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər