Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələnib

10:01 - 18 / 08 / 2023
Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələnib

Lənkəran rayonunun Liman şəhərində qanunsuz qum, Ağstafa rayonunun Tatlı kəndində isə “Kamaz” markalı 60-BZ-789 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əhəng daşınması faktları aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər Ramil Seyfullayev və Kənan Mustafayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər