Nərimanovda 30 yaşlı kişinin qətl edilməsi ilə bağlı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda 30 yaşlı kişinin qətl edilməsi ilə bağlı cinayət işi açılıb

Qafar Ağayev08:57 - 22 / 08 / 2023
Nərimanovda 30 yaşlı kişinin qətl edilməsi ilə bağlı cinayət işi açılıb

Avqustun 22-də saat Bakının Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bu barədə 1news.az-a Nərimanov rayon prokurorluğundan bildirilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər